Barselonanın ulduzunun üzünü məhv etdilər VİDEO

08.11.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın ulduzunun üzünü məhv etdilər - VİDEO

Ötən gecə Çempionlar Liqasının 4-cü həftəsində keçirilən "Srvena Zvezda" - "Barselona" matçında gənc futbolçu Pau Kubarsinin başına inanılmaz hadisə gəlib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, matçın 65-ci dəqiqəsində rəqibin topla mübarizəsi zamanı üzünə zərbə endirərək qan içində yerə yıxdığı Kubarsi hər kəsi qorxuya salıb.

Oyunu tərk etməli olan gənc ulduzun müayinəsi zamanı üzündə xeyli yara olduğu və açılma olduğu anlaşılıb.

Matçın sonunda almaniyalı çalışdırıcı gənc futbolçunun vəziyyətinin yaxşı olduğunu, üzündəki yaraya 10 tikiş vurulduğunu bildirib.

O, Kubarsinin bazar günü keçiriləcək oyun üçün heyətdə olmasının mümkün olduğunu bildirib. "Barselona" matçdan sonra gənc ulduzun şəklini sosial media hesabında paylaşaraq "Hər şey Barsa üçündür" yazıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью