Icma.az, Idman.biz saytına istinadən bildirir. "Barselona"nın veteren futbolçusu Uqo Sotil dünyasını dəyişib.
İdman.biz xəbər verir ki, perulu forvard 76 yaşında həyatla vidalaşıb. Sotil dekabrın 20-də Perudakı kliniklarında birinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Uqo 1973-77-ci illərdə "Barselona"da çıxış edib və bir dəfə İspaniya çempionu tituluna sahib çıxıb.
Hücumçu 1973-cü və 1974-cü illərdə Perunun ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Sotil ölkə yığmasının heyətində 62 oyunda 18 dəfə fərqlənib.
İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.