Barselonanın vingeri zədələnib İdman və Biz

24.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın vingeri Ferran Torres əzələsindən zədə alıb.

İdman.biz xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun məşq zamanı zədələndiyi bildirilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Bu mövsüm Torres bütün turnirlər də daxil olmaqla, 16 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью