“Barselona”nın Xavi ilə belə ayrılması ayıbdır”

05.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano keçmiş komanda yoldaşı Xavi haqda müsbət fikirlər səsləndiribş

QOL.az “Barca Universal”a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, Xavinin tarixin ən böyük futbolçularından biri olduğunu bildirib:

“Xavi çətin anda “Barselona"nı çalışdırdı.  Bu, çox cəsarətli bir hərəkət idi. Onun rəhbərliyi altında komanda bir çox cəhətdən təkmilləşdi və o, hazırda əsas heyətdə yer alan bir çox gənc futbolçulara şans verdi. Ayrılığın belə olması ayıbdır, o, tarixin ən böyük futbolçularından biridir”.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Hans-Diter Flikdir və komanda onun rəhbərliyi altında La Liqaya başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью