“Barselona“nın yarımmüdafiəçisi 1 aylıq sıradan çıxıb

22.01.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Pedri zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirilən matçda zədələnib.

Pedri qarşılaşmanın 61-ci dəqiqəsində əvəzlənib. Onun sağ ayağında bud əzələsindən zədə aldığı təsdiqlənib.

Qeyd edək ki, Pedri 2019-cu ilin sentyabrından "Barselona"nın formasını geyinir. O, bu müddət ərzində kataloniyalıların heyətində 227 oyuna çıxıb, 28 qol vurub və 29 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью