futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Barselona”nın vingeri Lamin Yamal yeni mövsümdə forma nömrəsini dəyişəcək.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı futbolçu 10 nömrəli formada çıxış edəcək. Bu barədə “Managing Barça” portalı məlumat yayıb. Lamin 18 yaşını tamamladıqdan sonra (13 iyul) formasını dəyişəcək.
“Barselona”da hazırda 10 nömrəli formanı Ansu Fati geyinir.