“Barselona”nın yeni transfer hədəfi

03.03.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rafael Leao yayda klubunu dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi “Milan”ın hücumçusunu transfer etmək istəyir.
İnsayder Nikolo Skiranın məlumatına görə, İspaniya klubu 25 yaşlı hücumçu ilə danışıqlara başlamağa hazırlaşır.
“Barselona”nın planı Leaonu yay “transfer pəncərəsi” dövründə heyətinə cəlb etməkdi.
Yeri gəlmişkən, portuqaliyalı futbolçu ötən ilin yanvarında Səudiyyə Ərəbistanı klublarının birindən gələn təklifi rədd etmişdi. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
Rafael A seriyasının cari mövsümündə 23 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью