Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın “Deportivo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi azad agent olan Adama Traore ilə anlaşıb. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.
Son klubu “Vest Hem” olan Traore əvvəl İspaniyada “Barselona”da forma geyinib. O, Kataloniya klubunun yetirməsidir.
30 yaşlı futbolçu müxtəlif vaxtda “Aston Villa”, “Vulverhempton”, “Fulhem”də də çıxış edib.