futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Vilyarreal” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi PSJ-dən Arnau Tenası heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan qolkiperlə 4 illik müqavilə imzalanıb.
“Barselona”nın yetirməsi olan 24 yaşlı qapıçı 2023-cü ildən PSJ-də çıxış edirdi. Paris klubu qolkiperi “Vilyarreal”a 2,5 milyon avroya satıb.