“Barselona”ya 10 milyard avroluq sensasion təklif gündəmdə

14.12.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona” klubu ilə bağlı dünya futbolunu silkələyəcək iddia ortaya atılıb.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Kataloniya təmsilçisini satın almaq üçün 10 milyard avrodan artıq təklif irəli sürməyi planlaşdırır.

Məlumata görə, hazırda “Barselona”nın ümumi borcu 2,5 milyard avronu keçib və bu da klubun maliyyə vəziyyətini xeyli çətinləşdirir. İddialara əsasən, bu möhtəşəm təklifin qarşısındakı əsas maneə klubun üzvlük razılığıdır.

Qeyd olunur ki, razılıq əldə olunacağı təqdirdə, futbol tarixinin ən böyük satışlarından biri gerçəkləşəcək.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью