Barselonaya bəd xəbər: Yamal bu ay oynamayacaq, Levandovski isə...

12.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Bu gün aparılan test "Barselona"nın ulduzu Lamin Yamalın sağ topuğunda 1-ci dərəcəli sindesmoz zədəsi olduğunu üzə çıxarıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı Kataloniya klubunun mətbuat xidməti yayıb.

Bildirilib ki, o, iki-üç həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Bu arada Robert Levandovski bel ağrılarından əziyyət çəkir və təxminən on gün istirahət edəcək.

Levandovski ilə Yamal Hans-Diter Flikin hücum xəttinin onurğasını təşkil edir. Lamin bu müddətdə keçirdiyi 15 oyunda 6 qol vurub, polyak forvard isə bütün yarışlarda 17 dəfə fərqlənib və hazırda İspaniya Liqasının bombardiridir. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью