“Barselona”ya fırtına əngəli

18.10.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Barselona”ya fırtına əngəli

“Barselona” Kataloniyanı bürüyən fırtına səbəbindən evə qayıda bilməyib və gecəni Sevilyada keçirməli olub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Barselon" oktyabrın 17-də İspaniya La Liqasının 9-cu turunda səfərdə “Betis”lə qarşılaşıb və rəqibini 5:2 hesabı ilə məğlub edib.

Komanda oktyabrın 19-da Parisə yola düşməyi planlaşdırır. “Barselona” oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda PSJ ilə qarşılaşacaq.

Qeyd edək ki, La Liqada 9 turdan sonra 27 xalı olan “Barselona” turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi “Atletiko”nu 5 xal qabaqlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью