Barselonaya iğtişaşlar zamanı bu qədər ziyan dəyib

26.10.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

24 oktyabrda Barselonada baş verən iğtişaşlar nəticəsində şəhər əmlakına dəyən ziyan 36.000 avro təşkil edib.

Adalet.az xəbər verir ki, bu barədə şəhər meri Jaume Kolboni yerli KİV-ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, iğtişaşlar zamanı 128 nəfər saxlanılıb, onların 56%-i yetkinlik yaşına çatmayanlar olub.

Kolboni vurğulayıb ki, iğtişaşlarda iştirak edən yetkinlik yaşına çatmayanların valideynləri dəymiş ziyanı ödəməli olacaqlar.

Oktyabrın 24-də Barselonada etirazlar iğtişaşlara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью