“Barselona”ya qarşı oyunumuz biabırçılıq idi”

10.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Kərim Adeyemi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Barselona"ya uduzmaqlarından (0:4) danışıb.

QOL.az xəbər verir ki, 23 yaşlı hücumçu bu məğlubiyyəti biabırçılıq adlandırıb: 

"Borussiya"nın oyunu, bütün komanda üçün biabırçılıqdır. İstədiyimiz bu deyildi. Amma olan budur. Yarımfinala çıxmaq şansımız hələ də var. Amma çox çətin olacaq. Ümidlərimizi cavab oyununa bağlayırıq. Çətindir, amma bu, futboldur. Biz öz stadionumuzda çıxış edəcəyik".

Qeyd edək ki, sözügedən komandalar arasında cavab matçı aprelin 15-də Dortmundda olacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью