“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

24.11.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya millisinin və “Atletik” klubunun müdafiəçisi Emerik Laport “Barselona”ya mümkün transferi ilə bağlı danışıb.

İdman.Biz “La Vanguardia” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Kataloniya təmsilçisinin yay transfer pəncərəsində onunla maraqlandığını istisna etməyib.

“Ola bilsin ki, mənimlə maraqlanıblar. Amma “Atletik” getməyimi istəmirdi, buna görə də transfer baş tutmadı”, - deyə Laport bildirib.

Müdafiəçi gələcəkdə “Barselona”ya keçmək ehtimalı ilə bağlı da fikirlərini bölüşüb.

“Bu, gələcəkdən asılıdır. Heç vaxt nə olacağını bilmirsən. Doğrudur, zaman keçir və hər şey daha da çətinləşir”, - deyə o əlavə edib.

Laport İspaniya millisində müdafiə xəttində tərəfdaşı olan “Barselona”nın gənc futbolçusu Pau Kubarsi ilə münasibətlərindən də danışıb.

“O mənə demişdi ki, hələ uşaq vaxtı, “Barselona”nın əsas komandasında debüt etməmişdən əvvəl oyunumu izləyirmiş. İlk gündən meydandan kənarda xüsusi münasibətimiz yaranıb.

Mən ona təcrübəmlə kömək etmişəm, o isə mənə gənc futbolçularda nadir rast gəlinən enerji və etibarlılıq qazandırır. Onun səhv etməməsi bu yaşda çox qeyri-adi haldır”, - deyə təcrübəli müdafiəçi vurğulayıb.

Qeyd edək ki, Laportun “Atletik”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Müsahibədən sonra futbolçu sosial şəbəkədə açıqlamalarının mətbuatda təqdim olunma formasına etiraz edib. O, yazılı mətbuatla bağlı narazılığını ifadə edərək onu tanıyanların vəziyyəti başa düşdüyünü bildirib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью