Barzani: “İKRH modeli Suriyada tətbiq oluna bilməz”

17.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İraqın Kürdüstan Regional Hökumətinin (İKRH) rəhbəri Neçirvan Barzani Suriyadakı son prosesləri dəyərləndirərkən bildirib ki, İKRH-də tətbiq olunan modelin eyni formada Suriyaya köçürülməsi mümkün deyil.

"Cebheinfo.az" xəbər verir ki, "Munich Security Conference" çərçivəsində yerli mediaya açıqlama verən Barzani Suriya hakimiyyəti ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında dialoqu dəstəklədiklərini qeyd edib. 

Barzani Suriyadakı böhranın həllində Türkiyənin rolunu “konstruktiv” kimi qiymətləndirib:

“Açıq şəkildə deyə bilərəm ki, Türkiyənin rolu çox müsbət olub və Türkiyənin yardımı və dəstəyi olmasaydı, bu gün həyata keçirilən bir çox addımlar mümkün olmazdı”.

Barzani Suriya hakimiyyəti ilə YPG arasında əldə olunan razılaşmaya toxunaraq bildirib: 

“Suriyay soruşsanız, kürdlərə çox şey verdiklərini düşünə bilərlər. Kürdlərə soruşsanız, çox az şey aldıqlarını düşünə bilərlər. Amma şəxsi fikrimə görə, görülən işlər hər iki tərəf üçün də yaxşı ola biləcək addımlardır”.

İKRH olaraq Suriyadakı bütün komponentlərin vahid Suriya çərçivəsində müsbət nəticəyə gəlməsini dəstəklədiklərini vurğulayan Barzani əlavə edib:

“Bizim üçün vacib olan məqam Rojava və ya rəsmi adı ilə Şimali və Şərqi Suriya Muxtar İdarəsi və digər komponentlərlə bağlı atılan addımların Suriyanın Konstitusiyasında öz əksini tapmasıdır”.

Barzani İKRH modelinin Suriyada tətbiq olunması ilə bağlı fikirlərə münasibət bildirərək deyib:

“Bu məsələdə realist olmalıyıq. İraq Kürdüstanında malik olduğumuz modelin eynisini Suriyaya köçürə biləcəyimizi düşünsək, bu mümkün olmayacaq”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью