Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30.10.2026

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Tez-tez təkrarlanan və uzunmüddətli baş ağrılarına fərqli və effektiv müalicə “Homeosiniatriya” yanaşması tətbiq edilir.

Medicina.az xəbər verir ki, sözügedən müalicə zamanı mezoterapiya texnikasından istifadə edilərək bədən meridianlarının aktiv nöqtələrinə xüsusi biotənzimləyici preparatlar yeridilir. İnyeksiyanın papula (qabarcıq) şəklində tətbiq edilməsi təsirin daha uzunmüddətli olmasını təmin edir.

Baş ağrılarında Biotənzimləyici preparatların tətbiqi ilə beyin qan dövranını dəstəkləmək, əzələ spazmlarını azaltmaq və psixoemosional vəziyyətin tənzimlənməsinə kömək etmək hədəflənir. Eyni zamanda, fassial gərginliyin azaldılması da müalicə yanaşmasının bir hissəsidir.

İnteqrativ Tibb Mütəxəssisi, nevroloq-asteopat Aygün Məmmədova qeyd edir ki, son illər pasiyentlər arasında baş ağrıları zamanı homeosiniatriya metodun tətbiqi müsbət effektivliyi ilə seçilir.

Mütəxəssis qeyd edir ki, müalicə protokoluna uyğun olaraq drenaj-detoksikasiya olunması da inteqrativ yanaşmanın tələblərindəndir, hansı ki, orqanizm bununla müalicə mərhələsinə hazırlanır.

Qeyd edək ki, İnteqrativ tibbin əsas məqsədi ağrını və ya simptomları bloklamaq deyil, onu yaradan kök səbəbi aradan qaldırmaqdır. Bu baxımdan Homeosiniatriya üsulu zamanı orqanizmin özünütənzimləmə mexanizmləri dəstəkləməklə müalicəyə kompleks yanaşılır.

Metodun tətbiqi kadrlarını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.

View this post on Instagram


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью