Baş ağrılarını aradan qaldıran bitki dəmləməsi

15.11.2024

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş ağrılarından əziyyət çəkən insanlar ilk növbədə tərəvəzlə qidalanmanı artırmalıdırlar.

Mütəmadi olaraq tərəvəzlə qidalanma qanın durulaşmasına səbəb olur. Qanın da durulaşması bədəndə qan dövranının, axının yaxşılaşmasına gətirib çıxarır. Bu da bütün orqanlar kimi beynin də fəaliyyətinə müsbət təsir edir.

Daha sonra baş ağrılarından əziyyət insanlar çiy su istehakını artırmalıdır. Bu da qanın durulaşmasına səbəb olur. Gündə 2 litrə qədər çiy su içmək tövsiyə edilir.

Baş ağrılarının təbii üsulu ilə müalicəsi:

3 stəkan suya 1 x.q bibəriyə, 1 x.q ballınanə ( melisa) qarışdırıb 5 dəqiqə qaynadıb süzülür. Gündə 3 dəfə yeməkdən yarım saat öncə 1 stəkan içmək lazımdır. Bu qarışım baş ağrılarını aradan qaldırır və yuxunu dərinləşdirir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью