Baş ağrılarının gizli səbəbi | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. "Əgər mütəmadi olaraq küt və zoqquldayan baş ağrılarından əziyyət çəkirsinizsə, bu
Milli.Az xəbər verir ki, rusiyalı ortodont İrina Didenko "Gazeta.ru"ya müsahibəsində baş ağrılarının daha az nəzərəçarpan səbəblərindən danı
Onun sözlərinə görə, gərgin baş ağrılarının qiymətləndirilməmiş səbəblərindən biri dişləmə pozuntusu nəticəsində yaranan çeynəmə əzələlərini
"Oklyuziya (üst və alt diş cərgələrinin bir-birinə uyğun gəlməsi - red.) pozulduqda diş-çənə sisteminə yük qeyri-bərabər paylanır.
Bu isə çeynəmə əzələlərinin həddindən artıq gərginliyinə, nəticədə onların xroniki spazmına və baş ağrılarına səbəb ola bilər", - deyə Didenko bildirib.
Mütəxəssisin fikrincə, uzunmüddətli hipertonus zamanı əzələlər daimi narahatlıq mənbəyinə çevrilir.
Pasiyentlər çox vaxt gicgah və ya başın arxa hissəsində sıxıcı ağrılardan, başda ağırlıqdan və istirahətdən sonra belə keçməyən yorğunluqdan şikayətlənirlər.
Dişləmə pozuntusunun əlamətləri bəzən gizli ola bilər: - diş minasının sürətli aşınması, - çənə oynaqlarında tıqqıltı və ya xırtıltı, - çeynəmədə çətinlik, - üz və boyun nahiyəsində tez-tez ağrılar.
Tam oxu
Xəbəri oxu