Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sağlamlıq problemi olaraq çox tez-tez rast gəlinən baş ağrıları insanların gündəlik həyatına öz təsirini göstərir.
Növlərinə görə fərqli şəkildə büruzə verən baş ağrıları bir neçə saat, hətta bir neçə gün davam edə bilir.
Baş ağrılarına qarşı təbii vasitələri təqdim edirik: Lavanda yağı: İyləmək, diffuzora 2 damcı tökərək otağı havalandırmaq, kağız salfetin üzərinə damcılatmaqla istifadə edə bilərsiniz.
Nanə yağı: Tıbbdə istifadə olunan nanə yağı rahatladıcı təsiri nəticəsində yüksək qan təzyiqi və gərginliklə əlaqədar yaranan baş ağrılarında faydalı təbii müalicə üsulu olaraq istifadə olunur.
Reyhan yağı: Reyhan yağı əzələləri rahatladan vasitə olaraq təsirlidir. Baş ağrılarına və zəif əzələlərə də musbət təsir gostərir.
Kətan toxumu: Kətan toxumu da omega 3 baxımından zəngin olması ilə baş ağrılarına yüngülləşdirici təsir göstərir.
Türk qəhvəsi və çay: Qəhva və çay da baş ağrısını yüngülləşdirmək üçün istifadə olunur.