Baş ağrısı ilə başlayır Yeni virusun əlamətləri

29.01.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Hindistanda yeni yayılan ölümcül Nipah virusuna yoluxmanın simptomları açıqlanıb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, rusiyalı həkim Nina Vişnevskaya bu barədə müsahibəsində bildirib.

Onun sözlərinə görə, xəstəlik ilkin mərhələdə simptomsuz keçə, daha sonra isə sürətlə inkişaf edə bilər.

"Hindistanda yeni yayılan ölümcül Nipah virusuna yoluxmanın əlamətləri arasında temperaturun qəfil 38 dərəcəyədək və daha yuxarı qalxması, adi qrip və digər yoluxucu xəstəliklərdə olduğu kimi güclü baş və əzələ ağrıları ola bilər".

İnkubasiya dövrünün orta müddəti 4-14 gün təşkil edir. Bununla belə, yoluxmuş material və ya xəstə insanla təmasdan 45 gün sonra əlamətlərin ortaya çıxdığı hallar da qeydə alınıb.

"Bu virus üçün güclü baş və əzələ ağrıları, üşütmə, halsızlıq və ürəkbulanma xarakterikdir. Təhlükə virusun sinir sistemini zədələdiyi zaman yaranır - xəstələrin bir hissəsində şüurun pozulması, qıcolmalar və kəskin tənəffüs çatışmazlığı inkişaf edir", - deyə Vişnevskaya qeyd edib.

Qeyd edək ki, Azərbaycanda hazırda Nipah virusu ilə bağlı heç bir yoluxma halı aşkar edilməyib.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью