Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bioloq Anna Kravtsova yataq otağında bəzi güllərin saxlanılmasının sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xüsusilə güclü qoxuya malik zanbaq və bəzi orkide növləri səhərlər baş ağrısı, halsızlıq və yuxusuzluq hissinə səbəb ola bilər.
Bildirilir ki, bu bitkilər gecə saatlarında yüksək miqdarda uçucu üzvi birləşmələr ifraz edir. Qapalı və havasız yataq otağında həmin maddələrin toplanması nəfəs darlığı, ağız quruluğu və narahat yuxuya yol aça bilər.
Bioloqun sözlərinə görə, güclü qoxu sadəcə xoş ətir deyil, sinir sisteminə təsir edən kimyəvi komponentlərin qarışığıdır. Bu maddələr insan yatdığı halda belə beynin reseptorlarına təsir göstərərək sinir sisteminin həddindən artıq aktiv qalmasına səbəb ola bilər.
Mütəxəssislər qeyd edir ki, kiçik və zəif havalandırılan otaqlarda problem daha qabarıq hiss olunur. Xüsusilə miqren, allergiya və yuxu pozuntusundan əziyyət çəkən insanlar bu təsirlərə daha həssasdır.
Anna Kravtsova bildirib ki, intensiv qoxulu bitkilər uzun müddət qapalı məkanda saxlanıldıqda dərin yuxu fazasını poza və səhərlər yorğunluq hissi yarada bilər.
Bioloq yataq otağı üçün sansiveriya və xlorofitum kimi qoxusuz, havanı təmizləyən bitkilərin daha uyğun olduğunu vurğulayıb. Güclü ətirli çiçəklərin isə qonaq otağı və ya yaxşı havalanan məkanlarda saxlanılması tövsiyə olunur.
Aytən
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xüsusilə güclü qoxuya malik zanbaq və bəzi orkide növləri səhərlər baş ağrısı, halsızlıq və yuxusuzluq hissinə səbəb ola bilər.