Baş bankir inflyasiya gözləntilərini AÇIQLADI

18.11.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İlin sonunda inflyasiya göstəricilərinin 5,1 faiz olacağı proqnozlaşdırılıb.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov parlamentdə bildirib.

O qeyd edib ki, iyul ayında inflyasiya göstəricisi  5,4 faiz olub.

"AMB inflyasiya təzyiqlərinin azaldığını nəzərə alıb pul siyasətini həm də kəmiyyət baxımdan yumşaldıb", - o deyib. 

Baş bankirin sözlərinə görə, 2025-ci ildə Azərbaycanda inflyasiyanın 5,8 faiz olacağı gözlənilir: "Manatın möhkəmlənnməsi inflyasiyanı 2,1 faiz azaldacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью