Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Oktyabrın 22-də Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun dəvəti ilə MB-da bir qrup iqtisadçılarla görüşdə iştirak etdim.
Əvvəl onu qeyd edim ki, vacib dövlət qurumu olan AMB-nin ekspertlərlə görüşü artıq ənənəyə çevrilib və bu digər hökumət qurumları üçün də örnək olmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.
O bildirib ki, təqribən 3 saata yaxın davam edən görüşdə müxtəlif məsələlər ətrafında açıq müzakirələr olub: “Həmkarlarımın qaldırdığı problemlərin bir çoxu hökumətin işi ilə bağlı idi, Mərkəzi Bankın səlahiyyətlərini aşırdı, sadəcə, hökumət qurumları açıq söhbətdən qaçırlar deyə, məcburən dövlət qurumuna iradlarımızı bildirdik.
Mənim üçün iki önəmli məsələ oldu, onları qeyd edim: 1) Taleh Kazımov qeyd etdi ki, şəxsən özü və rəhbəri olduğu dövlət qurumu kiçik sahibkarlar üçün 2006-cı ildə tədbiq olunan və israrla dəyişdirilməyən 200 minlik dövriyyə limitinin dəyişdirilməsinin tərəfdarıdır.
İndi kiçik sahibkarın dövriyyəsi 200 mini keçən kimi “şanlı” vergi orqanları onları ƏDV-yə cəlb edir, 18% əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər.
Bu doğru deyil, 200 minlik məbləğ çox aşağıdır, ən azı, 500 min manat olmalıdır.