Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Hər bir beyin şişi xərçəng deyil!
Beyin şişləri xoş xassəli və ya bəd xassəli ola bilər. Xoş xassəli beyin şişlərində xərçəng hüceyrələri yoxdur.
Beyin şişlərinin müalicəsi (mümkün olduğu hallarda) cərrahiyyədir və xoş xassəli beyin şişləri tam çıxarıldıqdan sonra nadir hallarda təkrarlanır.
Çox nadir hallarda xoş xassəli beyin şişləri zamanla bəd xassəli şişlərə çevrilə bilər.
Bəd xassəli beyin şişlərində xərçəng hüceyrələri var. Malign beyin şişləri (bədxassəli) adətən daha təhlükəli olur və çox vaxt ciddi bir həy
Bəd xassəli şişlər sürətlə inkişaf edir və ətraflarında sağlam toxumalara yayılırlar.
Əgər bəd xassəli beyin şişləri çıxarıla bilən nahiyyələrdə olursa cərrahiyyə əməliyyatı icra olunur və əməliyyatdan sonra şüa və chemoterapiya aparılır.
Bütün bu tədbirlərə baxmayaraq bedxasseli beyin şişləri yenidən inkişaf edirlər.