Baş direktor: Azərbaycanda hər bir xəstə narkoloji müəssisədə müalicə ala bilir

04.02.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzə müalicə məqsədilə müraciətlər könüllülük prinsipinə əsaslanır və bu müraciətlər əvvəlki ilə nisbətən azalıb. Xəstələr, xüsusilə Bakı şəhərində yaşayanlar Bakı şəhər Narkoloji Mərkəzində ambulator müalicə alırlar. Bir çox xəstə anonim müalicə almaq hüququndan istifadə edərək ambulator və ya ev şəraitində müalicə olunur. Məcburi müalicə isə Azərbaycan qanunvericiliyinə əsasən, məhkəmə tərəfindən tətbiq edilir və bu müalicə formasının sayında artım qeydə alınır.

AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov məlumat verib.

Onun sözlərinə görə, narkotik vasitələrdən istifadənin sosial, tibbi, psixoloji və hüquqi fəsadları haqda əhalinin maarifləndirilməsi bu xəstəlikdən əziyyət çəkən şəxslərin narkoloji tibb müəssisələrinə müraciətlərinə təsir göstərir. Belə ki, bütün dünya üzrə narkotik asılılığı olan şəxslərin hər 6 nəfərindən biri müalicə ala bilirsə, bu rəqəm Azərbaycanda 6-nın 6-yadır. Yəni hər bir xəstə istər anonim şəkildə, istərsə də adi qaydada narkoloji müəssisədə müalicə ala bilir.

Mütəxəssis, həmçinin narkotik vasitələrin qəbulu zamanı mərkəzi sinir sistemində yaranan fəsadlardan danışıb: “Yuxululuq, diqqət və reaksiyaların zəifləməsi, nitqin ləngiməsi, göz bəbəklərinin daralması, tənəffüsün yavaşlaması, qan təyziqinin aşağı düşməsi, ürəkbulanma, qusma, ağızda quruluq və digər qorxunc təsirlər baş verir. Doza artdıqca tənəffüsün daralması və koma riski də artır. Eyni zamanda, narkotik vasitənin növündən asılı olaraq diqqət, yaddaş, reaksiyaların azalması, gülmə tutmaları, səbirsizlik, bəzən panik hallar, paranoid düşüncələr, işığa həssaslıq, gözlərin qızarması, taxikardiya, iştahanın azalması, tərləmə və digər əlamətlərdə müşahidə olunur. Yüksək doza isə panik atak, psixotik əlamətləri ilə özünü göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью