Baş direktor: Korrupsiya və onunla mübarizə ciddi qlobal problem olaraq qalır

20.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsindən ("GlobE Network") Bakıda keçirilən bu son dərəcə önəmli görüşdə iştiraka dəvət almaq böyük şərəfdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə Madaqaskarın Müstəqil Antikorrupsiya Bürosunun baş direktoru Qabi Nestor Razakamanantsoа bildirib.

"BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin altıncı plenar iclası korrupsiyaya qarşı mübarizəni daha səmərəli etmək məqsədilə regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün əla fürsətdir. Korrupsiya və onunla mübarizə ciddi qlobal problem olaraq qalır", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью