Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər

14.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müştərilərin güc qurğusuna münasibəti avtomobilin sinfindən ciddi şəkildə asılıdır. 

Avtosfer.az xəbər verir ki, bu fikri “Audi”nin baş direktoru Hernot Dellner səsləndirib. Sənayeçinin fikrincə, elektrik mühərrikini əsasən aşağı sinif avtomobilı alanlar seçir. Premium sininfdə ənənəvi olaraq benzin mühərriki populyardır. 

“Audi” 2021-ci ildəki konsepsiyasına əsasən 2026-cı ildən yalnız elektromobil layihələndirməli, 2033-cü ildə isə daxiliyanma mühərrikli avtomobil istehsalı ilə vidalaşmalı idi. Şirkət artıq bu qrafikdən imtina edib və ənənəvi mühərriklə vidalaşmaq üçün konkret tarix müəyyən etməyib.

Bununla belə, aşağı seqmentdəki modellərin elektrikləşməsi sürətlənir. Şirkət tam elektrikə keçid üçün tarix müəyyən etməyib, hər şeyi tələb-təklif əsasında reallaşdıracağını bildirib.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью