Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Narkotik maddələr insan sağlamlığına həm birbaşa, həm də dolayı yollarla mənfi təsir göstərir. “
“Cebheinfo.az” xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin "İnstagram" hesabında keçirilən canlı yayımda bildirib.
Həkim qeyd edib ki, opium mənşəli maddələr başlanğıc mərhələdə müxtəlif üsullarla, o cümlədən siqaret çəkmə yolu ilə qəbul olunur:
“Bu proses zamanı maddə ağız boşluğundan başlayaraq tənəffüs yolları, traxeya, bronxlar və ağciyərlərdən keçib qana daxil olur və nəticədə bütün orqanizmə yayılaraq təsir göstərir. Opium tərkibli maddələrin ən güclü toksiki təsiri mərkəzi sinir sisteminə, xüsusən də beyin fəaliyyətinə yönəlmiş olur”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin