Baş Ələt stansiyasının yolları yenidən QURULUR VİDEO

30.06.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Baş Ələt stansiyasında əsaslı yenidənqurma və modernləşdirmə işləri davam etdirilir.
Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib.
Məlumata əsasən, layihə çərçivəsində dəmir yolu xətləri, infrastruktur elementləri və kontakt şəbəkəsi mərhələli şəkildə yenilənir.
Həmçinin Bakı Limanından və cənub istiqamətindən gələn yük qatarlarının stansiyanın çeşidləmə parkına girişini təmin edən yollar müasirləşdirilir.
Görülən işlər qatarların daha təhlükəsiz hərəkətinə, əməliyyatların daha çevik və dayanıqlı təşkilinə, ümumilikdə isə yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью