Baş hakim qırmızı vərəqə verməliydi, vermədi Sumqayıt ın futbolçusu narazı qaldı | Icma.az
Icma.az bildirir, Teleqraf.com portalına istinadən. “Araz-Naxçıvan”ın futbolçusu komanda yoldaşımız Səbuhi Abdullazadənin üzünə zərbə endird
Məncə, baş hakim qırmızı vərəqə verməliydi, vermədi”. Bu sözləri Teleqraf.com-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Ayxan Süleymanlı Azərb
21 yaşlı futbolçu 1 xal qazandıqları qarşılaşmanı belə şərh edib: “İki fərqli hissə izlədik.
Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci 45 dəqiqə ağır keçdi. Rəqib daha çox hücum etdi.
“Araz-Naxçıvan” güclü komandadır, keyfiyyətli futbolçuları var. Buna görə turnir cədvəlinin ikinci pilləsində yer alır.
İstəyirdik ki, doğma meydanda qələbə qazanaq. Amma heç-heçə qismət oldu”.
A.Süleymanlı Azərbaycan kubokunun oyununa hazırlıqdan da söz açıb: “Kubok oyuna az vaxt qalıb. Çalışacağıq yaxşı hazırlaşaq.
“Sabah” kifayət qədər yaxşı komandadır. Amma biz qələbə üçün hazırlaşırıq. Yalnız və yalnız qələbəyə köklənmişik”.
Tam oxu
Xəbəri oxu