sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
11-ci Vüqar Həşimov Memorial turnirinin baş hakimi Rauf Hacılı Xankəndidə keçiriləcək yarışla bağlı danışıb.
Sport24.az xəbər verir ki, R.Hacılı turnirin maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini və təmsilçimiz Rauf Məmmədova inandığını deyib: "Bu yarışda dünyanın ən güclü şahmatçılarından biri olan Yan Nepomnyaşiy də çıxış edir.
Həmyerlimiz Rauf Məmmədov vaxt nəzarəti azaldıqca, çox güclü oyun nümayiş etdirir.
Dünyanın ən qabaqcıl şahmatçıları ilə rəqabət apara bilər. Bu baxımdan hesab edirəm ki, çempionluğa namizədlərdən biri Rauf Məmmədovdur".
Turnirin baş hakimi Memorialın dünya çempionatının seçmə mərhələsi siyahısına salınmasından da danışıb: "Memorialın FİDE dünya çempionatının seçmə mərhələsi olması iştirakçıların məsuliyyətini artırır.
Burada qazanılan uğur turnirin qalibinə əlavə imtiyazlar verəcək.
Bu baxımdan düşünürəm ki, gərgin və maraqlı mübarizələrə şahidlik edəcəyik".