Icma.az, Qol.az saytına istinadən bildirir.
İtaliya A Seriyasının 6-cı turunda “Komo” ilə “Roma” arasında keçirilən oyunda gözlənilməz hadisə baş verib. Baş hakim Mikael Fabbri dizindən zədələndiyi üçün qarşılaşmanı davam etdirə bilməyib.
QOL.az xəbər verir ki, “Tutto Mercato Web” nəşrinin məlumatına görə, Fabbri oyunu idarə etməyi dördüncü hakim Simone Sozzaya həvalə edib. Zədələnən referinin dizinə təzyiq göstərməkdə çətinlik çəkdiyi bildirilir.
Beləliklə, Sozza qarşılaşmanın qalan dəqiqələrində baş hakim funksiyasını yerinə yetirib.
Bununla yanaşı, “Roma” 53-cü dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Komandanın hücumçusu Doniell Malen təhlükəli müdaxiləyə görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, matç qolsuz heç-heçə ilə yekunlaşıb.