Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi Mənimsənildi | Icma.az
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda "32 Beauty dent billur" klinikasına lift qoydurmaq istəyən baş həkimin 95 min manatı mənimsənilib.
Bakupost.az -ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü Zaur T.
adlı şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, baş həkim Sənan Məmmədov klinikanın ərazisini həm genişləndirmək, həm də tibb mərkəzinə lift qoyulması üçün müvafiq qurumlardan icazə almaq fikrinə düşüb.
Sənan Məmmədov bunun üçün tikintiyə başlasa da, Nərimanov Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən işlər dayandırılıb.
Baş həkim daha sonra tanışının vasitəsi ilə Zaur T. adlı şəxslə tanış olub.
O, Sənan Məmmədova Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini ala biləcəyini söz verərək, ondan ümumilikdə bu işin həyata keçirilməsi üçün 95 min manat pul alıb.
Tam oxu
Xəbəri oxu