Baş həkimi olduğu xəstəxananın direktoru təyin olundu FOTO

05.04.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Milli.Az  xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanov müvafiq əmri ilə Asif Rza oğlu Əhmədov 3 aylıq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Bundan əvvəl Asif Əhmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. O, bu vəzifəsini də icra edəcək.

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədov ötən ayın 18-də vəzifəsindən azad edilib.  /"Qaynarinfo"

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью