Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin deyib. “2030-cu il üçün nəzərdə tutulan “Rəqəmsal Azərbaycan Strategiyası” xüsusi qeyd edilməlidir. “Digital Silk Way” layihəsinin regionda rəqəmsal əlaqələndirməni gücləndirəcəyinə böyük ümidlər bəsləyirik”, - deyə D.Boqdan-Martin əlavə edib.
D.Boqdan-Martin bildirib ki, Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində 194 üzv dövlət, özəl sektor nümayəndələri, akademiklər və vətəndaş cəmiyyəti iştirakçıları bir araya gələrək 2 milyarddan çox insanın internetə çıxış imkanını artırmaq, qlobal rəqəmsal bərabərsizliyi azaltmaq üçün həll yollarını müzakirə edirlər.
O əlavə edib ki, konfrans zamanı infrastruktur, rəqəmsal bacarıqların artırılması, kibertəhlükəsizlik, süni intellekt, kosmos texnologiyaları və digər innovativ sahələrdə yeni imkanlar müzakirə olunacaq: “Biz buraya gəlmişik ki, rəqəmsal inkişafın faydaları hər kəs üçün əlçatan olsun”.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. D.Boqdan-Martin bildirib ki, Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində 194 üzv dövlət, özəl sektor nümayəndələri, akademiklər və vətəndaş cəmiyyəti iştirakçıları bir araya gələrək 2 milyarddan çox insanın internetə çıxış imkanını artırmaq, qlobal rəqəmsal bərabərsizliyi azaltmaq üçün həll yollarını müzakirə edirlər.