Baş katib: Azərbaycan sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi

19.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Asiya Parlament Assambleyasına (APA) sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi".

Oxu.Az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Reza Məcidi Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən APA-nın 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanın liderliyi Assambleyanın işinə ilham verir:

"Biz parlamentlərarası əməkdaşlığı daha da gücləndirməyə çalışırıq. Hazırda sıralarımız da genişlənməkdədir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью