Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
AFFA bölgələrdəki stadionlarla bağlı hərəkətə keçib. Qurumun əməkdaşları Ağsu, Ağdaş, Qax rayonlarına səfər ediblər.
Onlar bu bölgələrdəki stadionlara baxış keçirib və arenaların durumları ilə tanış olub. AFFA rəsmiləri stadionlardakı çatışmazlıqları qeyd edib federasiya rəhbərliyinə məruzə edəcək.
Qurumun əməkdaşları federasiyanın baş katibi Cahangir Fərəcullayevin göstərişi ilə bölgələrə yollanıb.
Rəhbərlik mümkün olduğu qədər bölgə stadionlarıda dəstək olmaq və bəzsi çatışmazlıqları aradan qaldırmaq niyyətindədir.
İdmanxeber.az