Icma.az bildirir, Reyting.az portalına istinadən.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı Tehranın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək qabiliyyətini azaldacaq.
Reyting.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
“İran bu məhvetmə silahları, bu “Şahid” dronları ilə Rusiyanın Ukraynaya qarşı hərbi səylərinin əsas təminatçısı idi. İndi İran İsrail və ABŞ-nın hücumu ilə üzləşdiyi üçün xaosları Rusiya vasitəsilə Ukraynaya ixrac etmək qabiliyyəti azalacaq”, - Rutte bildirib.
O, həmçinin Qərbin Ukraynadakı hadisələrdən təcrübə qazandığını vurğulayıb: “Son dörd ildə Ukraynanın dron texnologiyası və dron əleyhinə texnologiya haqqında biliklərə necə yiyələndiyini və indi onu Yaxın Şərqdəki dostlarımız və tərəfdaşlarımız üçün necə əlçatan etdiyini gördük”.
ELÇİN