Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

13.10.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 oktyabr, AZƏRTAC

İl ərzində baş verən hadisələr nəzərə alınmaqla, OPEC cari il üzrə neft tələbatının artım proqnozunu ilin əvvəlindəki gündəlik 1,4 milyon bareldən sutkada 400 min barelə endirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Haysam Əl-Qays deyib.

OPEC və qeyri-OPEC istehsalçı ölkələrinin nazirləri dəniz nəqliyyatı və sığorta xərclərinin görünməmiş səviyyələrə çatdığını və əmtəənin dəyərinin üçdəbirini keçdiyini bildiriblər. Bu artımın xam neft və neft məhsullarının səmərəli daşınmasını daha da çətinləşdirdiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью