Baş katib: Rusiya dekabr ayında döyüşlərdə gündə təxminən 1000 nəfər itirib | Icma.az
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq. Dekabr ayı ərzində Rusiya Ukraynadakı müharibədə gündə orta hesabla təxminən 1000 nəfər
Reyting.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte açıqlayıb.
BBC-nin məlumatına görə, Rutte bildirib ki, 2025-ci ilin dekabr ayında Rusiya qüvvələri hər gün təxminən 1000 nəfər itki verib.
Baş katib bu rəqəmləri Avropanın siyasi prioritetləri ilə bağlı müzakirələr kontekstində səsləndirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın tələblərinə, xüsusilə də Qrenlandiya ilə bağlı açıqlamalarına həddindən artıq diqqət yetirilməsi Avropa ölkələrini Ukraynanı dəstəkləmək zərurətindən yayındırır.
Rutte vurğulayıb ki, hazırda əsas məsələ Qrenlandiya deyil, Ukraynadır.
O əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya Ukraynaya qarşı hücumlarını davam etdirir. E.
KAMAL Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu