futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tur çərçivəsində keçirilən “Sabah” – “Zirə” matçını izləyənlər arasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev də olub.
Futbolpress.az xəbər verir ki, baş katib təşkilati işlərlə yaxından maraqlanıb, könüllülərlə görüşüb, oyunların “CBC Sport” telekanalında və BFF-nin “YouTube” sosial şəbəkəsində canlı yayımlanması üçün görülmüş işləri yüksək qiymətləndirib.
AFFA-nın baş katibi BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsində “Sabahın Ulduzları” layihəsinin ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına müvafiq yaş qrupu üzrə milli komandamızın formalaşdırılması üçün böyük əhəmiyyət daşıdığını xüsusilə vurğulayıb.