Baş katib təsdiqlədi: Trampla görüş olub və...

23.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO-nun mətbuat xidməti təsdiqləyib ki, alyansın baş katibi Mark Rutte ABŞ-ın Florida ştatında prezident seçkilərindən sonra ilk görüşünü Donald Tramp, eləcə də onun komandasının üzvləri ilə keçirib.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"Onlar alyansın qarşısında duran bir sıra qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər", - məlumatda deyilir.

Bildirilib ki, NATO-nun öz təyyarəsi olmadığı üçün Rutte Trampa Hollandiya hökumətinin təyyarəsi ilə uçub.

"Washington Post" alman rəsmilərinə istinadən daha əvvəl yazmışdı ki, Rutte yaxın vaxtlarda Trampın Mar-a-Laqo iqamətgahına baş çəkəcək və onu Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə inandıracaq. Nəşr yazır ki, NATO-nun baş katibi Trampla söhbətində qeyd etmək niyyətindədir ki, Ukrayna münaqişəsi kontekstində Rusiyaya güzəştlər Qərb üçün qəbuledilməzdir, çünki “pis razılaşma Trampa ziyan vuracaq”.

Akqabay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью