Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri rəsmi görüşü keçiriləcək

22.01.2026

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bu ilin aprelində İstanbulda Beynəlxalq Parlamentlərarası İttifaqın 152-ci plenar sessiyası keçiriləcək. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) da bu tədbirə ciddi hazırlıq aparır.

Bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsən AZƏRTAC-ın sorğusuna cavabında bildirib.

Tədbirin əhəmiyyəti barədə danışan Baş katib qeyd edib ki, məhz sessiya çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının Beynəlxalq Katibliyinin təşəbbüsü ilə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək. Bu görüşə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ev sahibliyi edəcək.

“Şübhəsiz ki, bu, çox vacib bir prosesdir və biz ona ciddi hazırlaşırıq. Çünki burada müzakirə olunacaq məsələlər daha sonra Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək plenar sessiyada həll olunmaq üçün istiqamətləndiriləcək. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyası artıq 15 ilə yaxındır ki, Parlamentlərarası İttifaqın müşahidəçi statusu çərçivəsində aktiv iştirak edir. Biz bu platformadan istifadə etməklə bir çox beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəyik. 152-ci sessiyada isə Baş katib kimi mənim də çıxışım nəzərdə tutulub”, - Ramil Həsən əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью