Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncə, 2 oktyabr, AZƏRTAC
Nəticələrimiz yaxşı oldu, yarışlardan üzüağ çıxdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev III MDB Oyunlarında 13 medal qazanan yığmanın çıxışı barədə danışarkən deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Bildiyiniz kimi, MDB Oyunlarına aşağı yaş qruplarından olan üzgüçülər qoşulurlar. İlk dəfə bu turnirdə medal qazandıq. Təşkilatçılıq ideal idi".
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.