Baş komissar: Son iki ildə Qəzzada 380 dən çox BMT əməkdaşı həlak olub

16.12.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İsrailin işğal olunmuş Şərqi Qüdsdə təşkilatın qərargahına zorla daxil olması BMT-nin imtiyaz və toxunulmazlıqlarının pozulmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib

Onun sözlərinə görə, İsrail polisi və bələdiyyə nümayəndələri UNRWA-ya məxsus aktivləri müsadirə edib və BMT bayrağını İsrail bayrağı ilə əvəz ediblər.

Lazzarini Cenevrədə keçirilən İkinci Qlobal Qaçqınlar Forumunun İcmalı iclasında çıxış edərək, son iki ildə Qəzzada 380-dən çox UNRWA əməkdaşının həlak olduğunu bildirib.

O, həmçinin İsrailin UNRWA-nın fəaliyyətini təsdiqləyən Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına məhəl qoymadığını vurğulayıb.

Rəşid Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью