Baş Küngütdəki tibb məntəqəsi niyə təmir edilmir? RƏSMİ CAVAB

10.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəki rayonunun Baş Küngüt kəndində fəaliyyət göstərən tibb məntəqəsinin  bərbad vəziyyətdə olması barədə xəbər vermişdik.

Tibb məntəqəsindən çəkilən fotolar da binanın uzun illər təmir olunmadığını göstərirdi.

Şəki rayon İcra Hakimiyyəti "Cebheinfo.az"-ın tibb məntəqəsinin bərbad vəziyyətini əks etdirən xəbərinə cavab olaraq bildirib ki, bina kənd bələdiyyəsinin balansında olduğundan “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən həmin məntəqədə əsaslı və cari təmir işlərinin aparılması mümkün olmayıb:

"Rayon ərazisində dövlət tibb müəssisələri şəbəkəsinin inkişafı və tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə Şəki rayonunun kənd və qəsəbələrində yerləşən, bələdiyyələrin balansında olan həkim və tibb məntəqələrinin, o cümlədən Baş Küngüt kənd tibb məntəqəsinin yerləşdiyi binanın "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin balansına götürülməsi və əsaslı təmir olunması məsələsinə baxılması üçün tərəfimizdən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət olunub".

Ümid edirik ki, müraciət qısa müddətdə cavablandırılacaq və mindən çox sakini olan kənddəki tibb məntəqəsi əsaslı təmir ediləcək. 

Elnarə Kərimova 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью