Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xankəndi, 19 noyabr, AZƏRTAC
Oyuna yaxşı hazırlaşmışdıq. Fərdi səhvlər həlledici oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Xankəndi" komandasının baş məşqçisi Röyal Nəcəfov I Liqanın VIII turunda "Karvan-Yevlax"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, futbolçularına sonadək mübarizə apardıqları üçün təşəkkür edib: "İlk 15-20 dəqiqədə hava şəraiti rəqib oyunçulara təsir edə bilərdi. Biz iki gün əvvəl şəhərə gəlmişik. Ona görə də uyğunlaşma var idi. Komandamızda əsas problem eyni üslubunda oynayan futbolçuların çox olmasıdır. Hədəfimiz bu il liqada yerimizi qoruyub, gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaqdır. Qışda heyətdə dəyişiklik olacaq. Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun".
Müxbir - Cavid Əliyev