Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kanadanın qadınlardan ibarət millisinin baş məşqçisi Beverli Pristman istefaya göndərilib.
QOL.az xəbər verir ki, bu barədə Kanada Futbol Federasiyası məlumat yayıb.
Pristman Paris-2024-də baş verən qalmaqala görə vəzifəsindən uzaqlaşdırılıb. Fransadakı yarış zamanı Kanada millisi rəqibləri Yeni Zelandiyanın məşq prosesini izləmək üçün dronlardan istifadə edib. Qarşı tərəf isə buna görə Paris-2024-ün təşkilatçılarına şikayət edib.
Hadisədən sonra B.Pristman araşdırmalar bitənə qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Araşdırma tam başa çatdıqdan sonra isə Kanada Futbol Federasiyası son qərarı açıqlayıb.