Baş məşqçi Enzo Mareska barədə qərar verildi

29.09.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Çelsi" klubunda baş məşqçi Enzo Mareska barədə qərar verilib. 

Milli.Az xəbər verir ki, rəhbərlik edilən bütün tənqidlərə rəğmən baş məşqçiyə güvənməyi seçib.

İdarə heyəti və idman direktorları Enzo Mareskanın yanında olduqlarını bildiriblər. Klub daxilində uğursuzluğun əsas səbəbi kimi zədələr və cəzalı futbolçular göstərilir.

Buna görə də rəhbərlikdə panika olmadığı, mövsümün qalan hissəsi üçün Mareskaya etimadın davam etdiyi vurğulanır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью